Menyu

Ceyhun Bayramov Polşada ATƏT-in baş katibi ilə danışıqlar aparıb

Operativ Media
Ceyhun Bayramov Polşada ATƏT-in baş katibi ilə danışıqlar aparıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransı (URC2026) çərçivəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə nazir "X" hesabında bildirib.

Tərəflər Azərbaycan–ATƏT əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivlərini müzakirə edib:

"Cənubi Qafqazda formalaşan regional vəziyyət, davamlı sülh və sabitliyin təmin olunması üçün yaranmış tarixi imkan, həmçinin Azərbaycanın suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət prinsiplərinə əsaslanan yeni regional gündəliyin irəlilədilməsi istiqamətində səyləri barədə fikir mübadiləsi apardıq. Qarşılıqlı maraq doğuran məsələlər üzrə ATƏT ilə konstruktiv əməkdaşlığı davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqlədik", - deyə nazir bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər