Məktəblilərin Respublika İdman Olimpiadasında güləş yarışlarına yekun vurulub
Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadası başa çatıb.
Operativ Media xəbər verir ki, Azərbaycan Texniki Universitetin idman zalında təşkil edilən yarışın sonuncu - beşinci günündə yunan-Roma güləşi üzrə 41, 48, 57, 68 və 85 kq-da medalçılar müəyyənləşib:
41 kq
Hacı Hüseynzadə (Lənkəran)
Umud Ağəmmədov (UGİM-2)
Ağakişi Bağıyev (Masallı), Əli İsmayılzadə (Yevlax)
48 kq
Paşa Aslan (UGİM-2)
Əli Zülfüqarlı (Şuşa,UGİM)
Azər Teymurov (Masallı), Emin İbrahimov (Sabirabad)
57 kq
Yusif Məmmədov (Balakən)
Mövlud Mustafayev (ROİL)
Nəriman Cəfərzadə (Lənkəran), Afəddin Əmənov (Zəngilan)
68 kq
Murad Novruzzadə (UGİM-10)
Yusif Sadıqov (Sumqayıt,Təhsil)
Səid Nəzərov (Cəlilabad), İbrahim Həsənov (Lənkəran)
85 kq
İsmayıl Məmmədov (Zəngilan)
Tamerlan Məmmədov (Şəmkir)
Hüseyn Şükürov (Masallı), Eşqin Ruhani (Şuşa,UGİM)
Qeyd edək ki, yunan-Roma güləşi üzrə 3 gün davam edən yarışın yekunlarına əsasən, UGİM-2 komanda hesabında 120 xalla 1-ci yeri tutub. Zəngilan (91) ikinci, ROİL (88) isə üçüncü pillədə qərarlaşıb.