Azərbaycan PL-da son turun oyunlarını izləmiş azarkeş sayı bəlli oldu
Əziz Əzizli
Azərbaycan Premyer Liqasının XXXV turunun oyunlarını izləmiş azarkeş sayı bəlli olub.
"Operativ Media" xəbər verir ki, ən yüksək göstərici Tovuzda qeydə alınıb. Tovuz şəhər stadionunda baş tutan “Turan Tovuz” – “Səbail” oyununu (2:2) 3500 azarkeş tribunadan izləyib.
Ən aşağı göstərici isə Qəbələdə olub. “Kəpəz”in “Neftçi”yə uduzduğu görüşdə (1:3) tribunalarda 400 tamaşaçı yer alıb.
Turun oyunlarında ümumilikdə 6150 fanat olub.
Kəpəz – Neftçi (1:3) – 400 tamaşaçı
Qarabağ – Sumqayıt (1:2) – 600 tamaşaçı
Turan Tovuz – Səbail (2:2) – 3500 tamaşaçı
Şamaxı – Qəbələ (0:0) – 1200 tamaşaçı
Sabah – Zirə (0:0) – 450 tamaşaçı.
Teqlər:
"Azərbaycan PL-da son turun oyunlarını izləmiş azarkeş sayı bəlli oldu"