"Sabah" Aleksey Kaşuku heyətdə saxlayacaq? - AÇIQLAMA
Əziz Əzizli
Azərbaycan Premyer Liqasında gümüş medalları təmin edən "Sabah" klubunda ukraynalı futbolçu Aleksey Kaşukun icarə müddəti mövsüm sonunda başa çatır.
Müqavilə ilə Ukraynanın "Şaxtyor" klubuna məxsus olan futbolçunu Masazır təmsilçisi daha bir mövsüm heyətdə saxlamaq istəyir.
"Operativ Media"ya açıqlamasında "Sabah" klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov qarşı tərəflə danışıqlar getdiyini vurğulayıb.
"Hazırda danışıqlar gedir. Lakin hələ ki, hər hansı razılıq əldə edilməyib. Bu istiqamətdə hər hansı yenilik olsa, ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, Aleksey Kaşuk 16 qolla bu mövsüm "Sabah" klubunun ən məhsuldar futbolçusudur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net