Azərbaycan PL: "Qəbələ" Turan Tovuz "a, "Səbail" "Qarabağ "a qarşı
Əziz Əzizli
Bu gün Azərbaycan Premyer Liqasında 34-cü turun daha iki oyunu keçiriləcək.
"Operativ Media" xəbər verir ki, günün ilk oyunu Qəbələdə baş tutacaq. Ardıcıl iki turda qələbə qazanan "Turan Tovuz" burada yerli komandanın müqavimətini qırmağa çalışacaq.
Günün digər oyununda "Qarabağ" "Səbail"in qonağı olacaq. "Atlılar" bu görüşdə qələbə qazansa, sona iki tur qalmış çempionluğunu təmin edəcək.