Ana səhifə / İdman / Bu gün "Sabah" "Beşiktaş"la qarşılaşacaq Bu gün "Sabah" "Beşiktaş"la qarşılaşacaq 13.05.2023, 09:21 Əziz Əzizli Bu gün “Sabah” ilə Türkiyənin “Beşiktaş” komandası arasında yoldaşlıq oyunu keçiriləcək. "Operativ Media" xəbər verir ki, sözügedən komandalar Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Azərbaycanlı hakimlərin idarə edəcəyi matça saat 18:00-da start veriləcək. Qeyd edək ki, bu matçdan əldə olunacaq gəlirlərin hamısı Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək. Yoldaşlıq oyunu 13 may 18:00. “Sabah” – “Beşiktaş” Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, İnqilab Məmmədov. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Teqlər: "Bu gün \"Sabah\" \"Beşiktaş\"la qarşılaşacaq"