Menyu

Azərbaycan boksçuları dünya çempionatında final döyüşünə çıxacaq

Əziz Əzizli
Azərbaycan boksçuları dünya çempionatında final döyüşünə çıxacaq

Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə dünya çempionatı davam edir.

"Operativ Media" xəbər verir ki, bu gün Azərbaycan millisinin iki boksçusu - Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) yarımfinal döyüşünə çıxacaq.

Dünya çempionatı

Yarımfinal

86 kq. Alfonso Dominqes - Giorgi Kuşitaşvili (Gürcüstan)

+ 92 kq. Məhəmməd Abdullayev - Fernando Lopez Arsola (Kuba)

Qeyd edək ki, döyüşlərin nəticəsindən asılı olmayaraq hər iki boksçumuz ən azı bürünc medalı təmin edib.

Teqlər:

"Azərbaycan boksçuları dünya çempionatında final döyüşünə çıxacaq"

Əlaqəli Xəbərlər