Lamin Yamal Argentina ilə final matçı öncəsi uşaqlıq fotosunu paylaşıb - FOTO
Operativ Media
İspaniya yığmasının 19 yaşlı vingeri Lamin Yamal dünya çempionatının həlledici qarşılaşmasından əvvəl sosial şəbəkə hesabında arxiv şəklini yayımlayıb.
Operativ Media xəbər verir ki, gənc futbolçu uşaqlıq fotosuna “Sən və küçələr üçün” şərhini yazıb.
Qeyd edək ki, bu gün dünya çempionatının finalında İspaniya və Argentina yığmaları üz-üzə gələcək. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək həlledici matç öncəsi Yamal cari turnirdə bir qolla yadda qalıb. O, qrup mərhələsində Səudiyyə Ərəbistanının 4:0 hesabı ilə məğlub edildiyi görüşdə rəqib qapısına yol tapıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma