Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb
Operativ Media
İyulun 18-də və 19-da ölkə ərazisində qeydə alınan 95, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Operativ Media-ya bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net