Menyu

Lionel Skaloni Argentinadakı gələcək karyerası ilə bağlı qərarını açıqlayıb

Operativ Media
Lionel Skaloni Argentinadakı gələcək karyerası ilə bağlı qərarını açıqlayıb

​Futbol üzrə Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni yığmadakı gələcək fəaliyyəti və planları barədə danışarkən mövcud müqavilə müddətinə sadiq qalacağını bəyan edib.

Operativ Mediaxəbər verir ki, təcrübəli mütəxəssis komandanın kapitanı Lionel Messi ilə bu barədə hələ müzakirə aparmadığını, lakin yaxın vaxtlarda Argentina Futbol Assosiasiyasının prezidenti ilə görüşəcəyini bildirib. O, fəaliyyətinə dair müəyyən planlarının olduğunu və müqavilə müddəti başa çatdıqdan sonra son qərarını verəcəyini qeyd edib.

​Baş məşqçi statusunun hər kəsin xəyal etdiyi böyük bir imkan olduğunu vurğulayan Skaloni, ona etimad göstərdiyi üçün assosiasiya rəhbərliyinə təşəkkür edib. Çalışdırıcı eyni zamanda qazanılan tarixi uğurlardan sonra gələcək addımları barədə dərindən düşünməyə ehtiyac duyduğunu dilə gətirib.

​Məşqçilər heyəti və futbolçuların son ana qədər komanda üçün maksimum güc sərf etdiyini xatırladan L.Skaloni, bu mərhələdə fasilə götürüb düşünməyin ən doğru addım olduğunu deyib. Duyğusal anlar yaşayan mütəxəssis, karyerasında bu cür yüksək zirvələrə çata biləcəyini nə özünün, nə də köməkçilərinin heç vaxt təsəvvür etmədiyini əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər