İraq və Suriya Vaşinqtonda neft kəmərinin bərpası ilə bağlı razılaşma imzalayıblar
Şəfa Hüseynli
İraq və Suriya uzun müddətdir fəaliyyət göstərməyən xam neft ixrac boru kəmərinin Suriyanın Aralıq dənizi sahillərinə bərpası üçün anlaşma memorandumu imzalayıblar.
Operativ Media xəbər verir ki, bu barədə "AA" məlumat yayıb.
İraq Neft Nazirliyinin məlumatına görə, layihə ixrac marşrutlarını şaxələndirmək, enerji infrastrukturunu gücləndirmək və regional enerji təhlükəsizliyini artırmaq üçün strateji vizyonunun bir hissəsidir.
Bu layihə İraq neft yataqlarından Suriyanın Aralıq dənizi sahillərinə əsas ixrac marşrutunu bərpa etməyi hədəfləyir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma