İsveçrə klubu "Sabah"ın hücumçusunu istəyir
"Sabah" klubunun fransalı cinah hücumçusu Aaron Maluda yaxın vaxtlarda İsveçrənin "Bazel" komandasına transfer oluna bilər.
Operativ Media xəbər verir ki, bu haqda "L'eqip" nəşri məlumat yayıb.
Məlumata görə, İsveçrə təmsilçisi 20 yaşlı futbolçunun keçidi üçün son bir neçə gündə rəsmi təklif irəli sürüb. Maliyyə təfərrüatları açıqlanmayan bu təklifin "Sabah" klubunun rəhbərliyi tərəfindən qəbul edilmək üzrə olduğu bildirilir.
Qeyd edək ki, ötən ilin yayında Fransanın "Lill" klubundan paytaxt təmsilçisinə icarəyə verilən və cari ilin yanvarında birdəfəlik transfer olunan gənc vingerin Azərbaycandakı çıxışı uğurlu alınıb. Fransa U-19 millisinin sabiq üzvü "Sabah"ın heyətində meydana çıxdığı 29 rəsmi qarşılaşmada 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.