Menyu

Bakı və Astaranın bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Şəfa Hüseynli
Bakı və Astaranın bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bu gün Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq.

Bu barədə Operativ Media-ya "Azərişıq" ASC-dən məlumat verilib.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Elşən Süleymanov küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 

Həmçinin Astara Elektrik Şəbəkəsinə (EŞ) daxil olan 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan 35 kV-luq "Lovayın" hava xəttində təmir işləri həyata keçiriləcək. Planlı fasilə saat 15:00-dan 16:00-dək Pensər, Kakalos, Şahağacı, Lovain, Siyaku, Hamoşam, Toradi, Təngərud, Çayoba kəndlərinin bir hissəsini əhatə edəcək. 

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər