Fabian Ruis futbol tarixinə düşdü
Fransanın PSJ klubunun və İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruis eyni mövsümdə həm Çempionlar Liqasının, həm də dünya çempionatının qalibi olaraq futbol tarixinə düşüb.
Operativ Media xəbər verir ki, "Opta" statistika portalının yaydığı məlumata görə, 28 yaşlı yarımmüdafiəçi XXI əsrdə hər iki turnirin finalında meydana çıxaraq qızıl medallara sahib çıxan üçüncü oyunçu olub.
Cari mövsümdə PSJ-nin heyətində "Arsenal"ı (1:1, penaltilərlə 4:3) üstələyərək Çempionlar Liqasını qazanan F.Ruis, İspaniya yığması ilə turnirin həlledici matçında Argentina seçməsini (əsas vaxt 1:1) məğlub edərək dünya çempionu tituluna yiyələnib.
Qeyd edək ki, XXI əsrdə analoji uğuru daha əvvəl iki futbolçu təkrarlayıb. 2002-ci ildə braziliyalı Roberto Karlos, 2018-ci ildə isə fransalı Rafael Varan "Real Madrid" və milli komandalarının heyətində eyni mövsümdə həm Çempionlar Liqasının, həm də dünya çempionatının qalibi olublar.