Azərbaycanın Bolqarıstana xam neft ixracında müsbət dinamika müşahidə olunur
Operativ Media
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Bolqarıstana 253,1 milyon ABŞ dolları dəyərində 359 min tona yaxın xam neft və neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricilərini dəyər ifadəsində 5,2 dəfə, həcm baxımından isə 4,5 dəfə üstələyir.
Ümumilikdə cari ilin ilk yarısında ölkədən 6,231 milyard dollar dəyərində 10,1 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Bolqarıstan 3-cü yerdə qərarlaşıb və ixrac həcminin 3,54 faizi bu ölkənin payına düşüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net