İçərişəhərdə idarə ilə razılaşdırılmamış tikinti-bərpa işlərinin aparılması qadağan olunub
Operativ Media
İçərişəhərdə idarə ilə razılaşdırılmamış tikinti-bərpa işlərinin aparılması qadağan olunub.
Operativ Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Fərman imzalayıb.
Sənədə əsasən, qoruğun ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, İdarə ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma