Menyu

Azərbaycan və Türkmənistan arasında tərəfdaşlığın gücləndirilməsinə dair protokol imzalayıblar

Operativ Media
Azərbaycan və Türkmənistan arasında tərəfdaşlığın gücləndirilməsinə dair protokol imzalayıblar

Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana işgüzar səfəri çərçivəsində Türkmənistan Nazirlər Kabinetinin sədr müavini və Komissiyanın həmsədri Nökərqulu Ataqulıyev ilə birlikdə Azərbaycan–Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının 9-cu iclasında iştirak ediblər.

Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, biznes əlaqələrinin gücləndirilməsi və ixrac imkanlarının şaxələndirilməsi üçün mühüm platforma qismində Azərbaycan–Türkmənistan Biznes Şurasının yaradılması təşəbbüsünü vurğuladıq.

“İclasın yekununda ticarət və iqtisadiyyat, energetika, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, su ehtiyatlarının idarə edilməsi və digər prioritet sahələrdə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol imzaladıq”,-deyə nazir qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər