Menyu

Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Şəfa Hüseynli
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İyulun 6-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq.

Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Kamal Rəhimov, Dadaş Bünyadzadə, Xaqan Dadaşov, Xıdır Mustafayev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 

Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisindəki Komplekt Transformator Məntəqələrində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar planlı fasilə Keşlə qəsəbəsi Mirzə Ələkbər Sabir və Energetik küçələrinin bəzi yerlərini əhatə edəcək. 

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər