Menyu

"Politico": NATO ölkələri Rusiya ilə müharibə vəziyyətində müdafiələrini gücləndirir

Əziz Əzizli
"Politico": NATO ölkələri Rusiya ilə müharibə vəziyyətində müdafiələrini gücləndirir

Rusiya və Belarusla həmsərhəd olan NATO ölkələri mümkün hərbi münaqişəyə qarşı müdafiə qabiliyyətlərini gücləndirirlər.

Operativ Media xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb. Nəşr xatırladıb ki, ABŞ-nin hazırkı prezidenti Donald Tramp, Avropa müttəfiqlərinin Vaşinqtonu Tehranla münaqişədə dəstəkləməkdən imtina etməsinə görə, İranla müharibə başa çatdıqdan sonra alyansdan çıxacağı ilə hədələmişdi.

​Məqalədə deyilir: "Finlandiya müdafiəyə ÜDM-nin təxminən 3%-ni xərcləyir və NATO qarşısındakı öhdəliklərinə uyğun olaraq, 2035-ci ilə qədər bu göstəricini 5%-ə çatdırmağı planlaşdırır. Ölkənin hərbi hava qüvvələri yaxın aylarda ABŞ-nin "F-35" qırıcılarını təhvil almağı gözləyir". Bu tədbirlərə baxmayaraq, Finlandiya silahlı qüvvələri pilotsuz texnologiyaların mənimsənilməsində hələ də geridə qalır.

​Polşa isə öz növbəsində diqqəti beton çəpərlərə, sensorlara, PUA-lara və ordunun sürətlə genişləndirilməsinə yönəldir, həmçinin Belarus və Kalininqrad vilayəti ilə sərhədlər boyu müdafiə istehkamlarına milyardlarla vəsait qoyur. Bununla belə, bəzi ərazilərdə planlarla real vəziyyət arasında uyğunsuzluq müşahidə olunur: istehkamlar gah qurulur, gah sökülür, materiallar anbarlarda qalır, yerli sakinlər isə tikinti aktivliyinin azaldığını qeydə alırlar.

​Baltikyanı ölkələr – Litva, Latviya və Estoniya isə birgə Baltik Müdafiə Xətti çərçivəsində tank əleyhinə xəndəklər, bunkerlər və mina sahələri yaradaraq müdafiəni gücləndirirlər. Bu tədbirlərə orduların genişləndirilməsi, beton çəpərlərin ucaldılması, sensorların quraşdırılması, pilotsuz təyyarələrdən istifadə və müdafiə xətlərinin qurulması daxildir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər