Menyu

Cəbrayılın Şükürbəyli kəndinə daha 46 ailə köçürülüb

Operativ Media
Cəbrayılın Şükürbəyli kəndinə daha 46 ailə köçürülüb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.

Operativ Media xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 46 ailə, ümumilikdə 223 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər əvvəllər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Şükürbəyliyə qayıdan sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqların işğaldan azad olunmasına görə Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət diləyiblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər