Menyu

Çimərlik futbolu üzrə Azərbaycan millisinin seçmə mərhələ üçün heyəti açıqlanıb

Operativ Media
Çimərlik futbolu üzrə Azərbaycan millisinin seçmə mərhələ üçün heyəti açıqlanıb

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa çempionatının (EBSL) seçmə mərhələsi üçün heyəti açıqlanıb.

AFFA-dan Operativ Media-ya bildirilib ki, bu gündən iyulun 20-dək Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışında olacaq yığmaya 11 oyunçu dəvət edilib.

Qapıçılar: Elçin Qasımov, Emil Omarov

Oyunçular: Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev, Mirmövsüm Caniyev.

Qeyd edək ki, Azərbaycan millisi EBSL-in B Liqasının B qrupunda mübarizə aparacaq. Yığma iyulun 15-də İngiltərə, 16-da Slovakiya, 17-də isə Latviya seçməsi ilə qarşılaşacaq. Bütün görüşlər Batumi çimərlik meydançasında keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər