Menyu

Nikol Paşinyan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bəyan edib

Operativ Media
Nikol Paşinyan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bəyan edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bir daha bəyan edib.

Operativ Media xəbər verir ki, Paşinyan bu haqda Konstitusiya Günü münasibətilə xalqa müraciətində danışıb.

O bildirib ki, yeni əsas qanunun qəbulu hakimiyyətin prioritet məsələlərindən biri olaraq qalmaqdadır:

“Yeni konstitusiyanın qəbulu Ermənistanın gələcək inkişafı üçün zəruridir. Bu, sadəcə hüquqi sənəd deyil, dövlətin gələcəyini müəyyənləşdirəcək əsasdır”.

Paşinyanın sözlərinə görə, hazırkı konstitusiya cəmiyyətdə və dövlət idarəçiliyində yaranmış bütün problemlərin həlli üçün kifayət etmir:

“Vətəndaşın özünü dövlətin qurucusu kimi hiss etdiyi, hüquq və məsuliyyətlərin aydın şəkildə müəyyən olunduğu yeni konstitusiyaya ehtiyacımız var”.

Baş nazir bildirib ki, yeni konstitusiya Ermənistanın dövlət institutlarını daha da gücləndirməli, ölkənin sabit və uzunmüddətli inkişafına xidmət etməlidir.

Qeyd edək ki, bu məsələ Azərbaycan hökumətinin sülh prosesi danışıqlarında Ermənistan tərəfinin qarşısına qoyduğu ən mühüm şərtlərdən biridir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər