Menyu

Tramp Ankarada Zelenski ilə görüşəcək

Operativ Media
Tramp Ankarada Zelenski ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp iyulun 8-də Ankaredə keçiriləcək NATO sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin iyulun 5-də yaydığı ABŞ liderinin iş qrafikindən məlum olur.

​ABŞ lideri iyulun 7-də Ankaraya gələcək və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. İyulun 8-də isə Tramp sammit tədbirlərindən sonra Zelenski (Bakı vaxtı ilə 15:30) və Suriya Prezidenti Əhməd əş-Şəraa (Bakı vaxtı ilə 16:30) ilə mətbuata qapalı formatda ikitərəfli görüşlər keçirəcək.

​Bakı vaxtı ilə saat 17:15-də Tramp mətbuat konfransında çıxış edəcək. Bundan sonra o, ABŞ-yə geri dönəcək.

​"Reuters" agentliyinin iyulun 5-də yüksəkrütbəli ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, Tramp Zelenski ilə Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə etmək niyyətindədir. Bu görüşdən sonra ABŞ liderinin böyük ehtimalla Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlayacağı gözlənilir.

​Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl bildirmişdi ki, Putin Trampla telefon danışığı zamanı Moskvanın Ukrayna münaqişəsinin Rusiya yanaşmaları əsasında diplomatik yolla nizamlanmasına hazır olduğunu qeyd edib. O əlavə edib ki, prezidentlər Trampın Türkiyədə keçiriləcək NATO sammitində gözlənilən iştirakını da nəzərə almaqla Ukrayna böhranının nizamlanması mövzusuna toxunublar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər