Menyu

ATƏT PA-nın sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verilib

Operativ Media
ATƏT PA-nın sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verilib

ATƏT Parlament Assambleyasının Niderlandın Haaqa şəhərində keçirilən 33-cü illik sessiyası öz işini davam etdirir.

Operativ Media xəbər verir ki, beynəlxalq hüququn aliliyi, sülh və əməkdaşlıq ilə bağlı məsələlərin müzakirə olunduğu sessiyada Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov çıxış edib.

O, çıxışında beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması sahəsində vəziyyətin qeyri-qənaətbəxş olmasının əsas səbəbləri sırasında ikili standartları və selektiv yanaşmanı vurğulaıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri dövlətlərin suverenliyi və suveren bərabərliyi prinsiplərinin ali dəyərlər kimi daim qorunmalı və onlara hörmət edilməli olduğunu qeyd edib.

Q. Məmmədov informasiya texnologiyalarından istifadənin genişləndiyi, o cümlədən süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə beynəlxalq hüququn rəqəmsal məkanda tətbiqinin və bu müstəvidə dövlətlərin rəqəmsal suverenliyinin qorunmasının zəruriliyini diqqətə çatdırıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizdə yeni texnologiyalardan istifadə sahəsində təhlükəsizlik, inkişaf və insan hüquqları arasında optimal nisbəti qoruyan mütərəqqi siyasət və fəaliyyətlərdən bəhs edib.

Nümayəndə heyətinin rəhbəri ATƏT məkanında qabaqcıl təcrübə kimi Azərbaycanda Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında rəqəmsal sahədə müfəssəl konsepsiyanı və qurumlararası yanaşmanı özündə ehtiva edən Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti haqqında məlumat verib və bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər