Dünya çempionatları tarixində ilk dəfə üç futbolçu eyni turnirdə 7 qol vurub
Fransa millisinin hücumçusu Kilyan Mbappe, argentinalı Lionel Messi və norveçli Erlinq Holann 2026-cı il dünya çempionatının startından etibarən hərəyə yeddi qol vurublar.
Operativ Media xəbər verir ki, bununla da Mbappe, Messi və Holann DÇ-2026-nın bombardirlər yarışında 1–3-cü yerləri bölüşdürürlər. Dünya çempionatları tarixində ilk dəfədir ki, eyni turnirdə üç oyunçu minimum yeddi qola imza atır.
Bundan əvvəl yalnız iki turnirdə üç və ya daha çox futbolçu ən azı altı qol vura bilmişdi. DÇ-1954-də macarıstanlı Şandor Koçiş (11 qol), isveçrəli Yozef Hügi, almaniyalı Maks Morlok və avstriyalı Erix Probst (hər biri altı qol), DÇ-1958-də isə fransalı Jüst Fonten (13 qol), braziliyalı Pele və almaniyalı Helmut Ran (hər biri altı qol) bu göstərici ilə yadda qalmışdılar.