Menyu

DÇ-2026 start götürür: Meksika və Cənubi Afrika açılış oyununda üz-üzə

Operativ Media
DÇ-2026 start götürür: Meksika və Cənubi Afrika açılış oyununda üz-üzə

Bu gün futbol üzrə Dünya Çempionatı start götürəcək.

Operativ Media xəbər verir ki, açılış oyununda A qrupunda turnirin ev sahiblərindən biri olan Meksika ilə Cənubi Afrika üz-üzə gələcək. Görüş "Mexiko Siti" stadionunda Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

​ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi turnirin açılış matçı 83 min azarkeş tutumuna malik "Mexiko Siti" stadionunda oynanılacaq.

​Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunan dünya çempionatında "Mexiko Siti" stadionu 3-cü dəfə açılış oyununa ev sahibliyi edərək tarixə düşəcək.

​Altı həftə davam edəcək möhtəşəm turnir iyulun 19-da, bazar günü 82 min 500 nəfərlik "Nyu-York Nyu-Cersi" stadionunda oynanılacaq final matçı ilə yekunlaşacaq.

​Qeyd edək ki, çempionatın açılış oyunundan əvvəl müxtəlif tədbirlər təşkil olunacaq. Turnirin rəsmi himni olan "Dai Dai" mahnısını ifa edəcək Şakira və Burna Boy ilə yanaşı, açılış mərasimində dünya musiqisinin Alexandro Fernandes, Belinda, Denni Ouşn, Cey Balvin, Lila Dauns, "Los Angeles Azules", "Mana" oars və Tayla kimi tanınmış simaları da səhnəyə çıxacaqlar.

Əlaqəli Xəbərlər