Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Bolqarıstana rəsmi səfər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində strateji sahələrdə, xüsusən də enerji, nəqliyyat, rabitə və müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş birgə addımlar və yeni əməkdaşlıq imkanları hərtərəfli şəkildə müzakirə olunacaq.