Menyu

"Haber Global" Azərbaycandan İrana göndərilən humanitar yardımla bağlı süjet hazırlayıb

Operativ Media
"Haber Global" Azərbaycandan İrana göndərilən humanitar yardımla bağlı süjet hazırlayıb

"Haber Global" Azərbaycandan İrana göndərilən humanitar yardımla bağlı süjet hazırlayıb.

Operativ Media xəbər verir ki, materialda Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə yola düşən humanitar yardım avtomobillərinin İran xalqının ehtiyyaclarını qarşılamaq məqsədi daşıdığı vurğulanıb.

Qeyd olunub ki, martın 8-də iki ölkə prezidentinin telefon danışığı əsasında İlham Əliyev bu qərara gəlib:

"Humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir".

Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət departamentinin direktoru Emil Həsənzadə də yardım üçün yola düşən ərzaqlar barədə məlumat verib:

"İrana 30 tona yaxın qida məhsulları yola salınıb. Humanitar yardıma un, düyü, qənd, çay, eyni zamanda dərman ləvazimatları da daxildir".

Əlaqəli Xəbərlər