Menyu

Qətər XİN: Fars körfəzindəki enerji obyektlərinə hücumlar qlobal iqtisadiyyata zərbə vuracaq

Şəfa Hüseynli
Qətər XİN: Fars körfəzindəki enerji obyektlərinə hücumlar qlobal iqtisadiyyata zərbə vuracaq

Fars körfəzindəki enerji obyektlərinə zərbələr qlobal iqtisadiyyat üçün ciddi nəticələrə səbəb olacaq.

Operativ Media xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

“Bizim baxışımızdan, hər iki tərəfin enerji obyektlərinə hücumları təkcə regionda iqtisadi itkilərə və biznes modellərimizin pisləşməsinə səbəb olmayacaq, həm də dünya miqyasında əks-səda doğuracaq təhlükəli bir presedent yaradır. Sizi xəbərdar etməliyəm ki, hazırda baş verənlər beynəlxalq iqtisadiyyat üçün ciddi nəticələrə səbəb olacaq”, - deyə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü bildirib. 

Əl-Ənsari əlavə edib ki, Qətər işçilərinin və mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün qaz və neft hasilatını dayandırmaq və azaltmaq da daxil olmaqla bütün zəruri tədbirləri görüb. 

Əlaqəli Xəbərlər