Macarıstan hökuməti neft qiymətlərinin kəskin artması səbəbindən 95 oktanlı benzin və dizel yanacağı ixracını qadağan etməyi qərara alıb.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Marton Nad sosial mediada bildirib.
Qiymətlərin dondurulması haqqında qərar Yaxın Şərqdəki eskalasiya və Macarıstana da təsir edən "Drujba" neft kəmərinin fəaliyyətinin dayanması nəticəsində Avropada yanacağın kəskin bahalaşması ilə əlaqədar hökumətin növbədənkənar iclasında qəbul edilib.