Menyu

Niderlandın İrandakı səfirliyi Azərbaycana köçürülüb

Operativ Media
Niderlandın İrandakı səfirliyi Azərbaycana köçürülüb

Niderland İrandakı səfirliyini müvəqqəti olaraq Tehrandan Azərbaycana köçürüb.

Operativ Media xəbər verir ki, bu barədə Niderlandın Xarici işlər naziri Tom Berendsen “X” hesabında məlumat yayıb.

Nazir bildirib ki, əməkdaşların təhlükəsizliyi ilə bağlı risklərin artması səbəbindən səfirliyin fəaliyyəti müvəqqəti olaraq Azərbaycanın paytaxtı Bakı şəhərinə köçürülüb.

“Əməkdaşlarımızın təhlükəsizliyinə artan risklərlə əlaqədar İranın Niderland səfirliyinin fəaliyyətinin müvəqqəti olaraq Azərbaycanın Bakı şəhərinə köçürülməsi qərara alınıb. İranda baş verən hadisələri diqqətlə izləyirik. Əgər təhlükəsizlik vəziyyəti buna imkan verərsə, səfirliyin fəaliyyətinin Tehranda yenidən nə vaxt və hansı formada bərpa oluna biləcəyi barədə qərar veriləcək”, – deyə o qeyd edib.

Əlaqəli Xəbərlər