Menyu

AZAL biletlərə 30 faizədək endirim elan edib

Operativ Media
AZAL biletlərə 30 faizədək endirim elan edib

"Azərbaycan Hava Yolları" (AZAL) Novruz və Ramazan bayramları münasibətilə “Bahar” kampaniyasına start verib.

Operativ Media xəbər verir ki, kampaniya çərçivəsində AZAL-ın beynəlxalq reyslərinə aviabiletlər 30 faizə qədər endirimlə təklif olunur.

Məlumata görə, endirimin məbləği seçilmiş istiqamətə, xidmət sinfinə və tətbiq olunan tarifə görə dəyişir.

Kampaniya çərçivəsində endirimli biletlərin satışı 10–16 mart 2026-cı il tarixləri (daxil olmaqla) ərzində həyata keçiriləcək.

Endirimli biletlər aşağıdakı səyahət dövrləri üçün keçərlidir:

● 1 aprel – 15 iyun 

● 1 sentyabr – 20 dekabr 

Kampaniya çərçivəsində Bakı–İstanbul istiqaməti üzrə biletlər 180 manatdan, Bakı–Moskva 251 manatdan, Bakı–Tbilisi 95 manatdan, Bakı–Berlin 252 manatdan, Bakı–London 208 manatdan, Bakı–Paris 467 manatdan, Bakı–Dubay 268 manatdan, Bakı–Milan 346 manatdan başlayan qiymətlərlə təklif olunur.

Qeyd edilib ki, 23–31 may 2026-cı il tarixləri arasında səyahətlər üçün endirim tətbiq olunmur.

Aviabiletləri akkreditə olunmuş agentliklərdən, azal.az rəsmi saytından və ya AZAL-ın mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Əlaqəli Xəbərlər