Böyük Britaniya Aralıq dənizinə ikinci hərbi gəmi göndərəcək
Operativ Media
Böyük Britaniya Aralıq dənizinə ikinci hərbi gəminin göndərilməsi üçün hazırlıq görür.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bundan əvvəl “HMS Dragon” tipli 45 sinif esminesinin bölgəyə göndərilməsi üçün hazırlıq aparıldığı açıqlanmışdı. İndi isə nazirlik “RFA Lyme Bay” gəmisinin də Şərqi Aralıq dənizində dəniz əməliyyatlarında istifadə olunmaq üçün yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirib.