Menyu

Qırğızıstanda yeni FHN naziri təyin edilib

Şəfa Hüseynli
Qırğızıstanda yeni FHN naziri təyin edilib

Qırğızıstan prezidenti Sadır Japarov Kanatbek Çınıbayevin fövqəladə hallar naziri vəzifəsini icra etməsi ilə bağlı fərman imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sənədə əsasən, Kanatbek Çınıbayev Qırğızıstan Respublikasının Fövqəladə Hallar naziri vəzifəsinə təyin edilməsi üçün Joqorku Keneşin təsdiqini alana qədər Fövqəladə Hallar Nazirliyinin müvəqqəti rəhbəri təyin edilib.

Kanatbek Çınıbayevin namizədliyi nazir vəzifəsinə təsdiq üçün Joqorku Keneşə təqdim edilib.

Əlaqəli Xəbərlər