Almaniya kanslerinin ofisinin yaxınlığında yanğın törədilib
Almaniyanın hüquq-mühafizə orqanları ölkənin federal kansleri Fridrix Mertsin idarəsinin binası yaxınlığındakı tikinti ərazisinin hasarının ehtimal edilən qəsdən yandırılması ilə bağlı araşdırma aparırlar.
Operativ Media xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
"Berlinin Mitte rayonunda, federal kanslerin idarəsi ərazisində, tikinti hasarı qəsdən yandırılıb. Yanğın nəticəsində tikinti ərazisindəki kabellər və hasarın bir hissəsi zədələnib. Xəsarət alan yoxdur", - polisdən bildirilib.
Yanğınsöndürənlər alovu söndürüblər, polis qəsdən yandırma və əmlakın korlanması ilə bağlı araşdırma aparır. Şübhəli şəxs cinayət yerindən elektrikli samokatla qaçıb.
Kanslerin idarəsinin yaxınlığında artıq bir neçə ildir ki, binanın ofislər və digər otaqlarla genişləndirilməsi üzrə irimiqyaslı tikinti işləri aparılır.