Luka Modriç karyerasını ölkəsində davam etdirə bilər
Operativ Media
"Milan"ın yarımmüdafiəçisi Luka Modriç 2025/26 mövsümünün sonunda komandadan ayrıla bilər.
Operativ Media xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, 40 yaşlı xorvatiyalı futbolçu Zaqreb "Dinamo"suna qayıda bilər. "Milan"ın Modriçin müqaviləsini uzatmaq üçün bir seçimdən istifadə etməyi düşündüyü bildirilir.
2025/26 mövsümündə Modriç 28 oyunda iştirak edib, iki qol vurub və üç məhsuldar ötürmə edib. Yarımmüdafiəçi 2002-2008-ci illərdə oynadığı Zaqreb "Dinamo"sunun yetirməsidir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net