Bakıda çalışdığı evdən 50 min manat dəyərində oğurluq edən şəxs saxlanılıb
Operativ Media
Paytaxtın Səbail rayonunda talama cinayəti baş verib. Badamdar qəsəbə sakininin evindən 50 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə zərərçəkən polisə müraciət edib.
Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin evdə xadimə kimi çalışan 50 yaşlı M.Abdullayeva şübhəli şəxs qismində müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun qızıl-zinət əşyalarını ayrı-ayrı vaxtlarda hissə-hissə evdən oğurladığı müəyyən olunub.
İdarənin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə iki vətəndaşın ümumilikdə 2470 manat nağd pul və bank kartlarını oğurlamaqda şübhəli bilinən 21 yaşlı N.İsmayılova da tutulub.