İlham Əliyev: “Qarabağ” xalqımızı qürurlandırmaqda davam edir
Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun növbəti qələbəsi münasibətilə sosial şəbəkədə paylaşım edib.
Operativ Media xəbər verir ki, paylaşımda deyilir:
"Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.
Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir."
Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.
— İlham Əliyev (@azpresident) October 1, 2025
Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ”… pic.twitter.com/AvqFLrHdNU