Menyu

Metronun daha bir stansiyası gələn ilin sonuna qədər açılacaq

Nərmin Qocamanlı 2483 baxış
Metronun daha bir stansiyası gələn ilin sonuna qədər açılacaq

Metronun “B-04” stansiyasının tikinti işləri 2026-cı ilin sonunadək yekunlaşacaq.

Operativ Media xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib.

“”B-04” stansiyası bənövşəyi xəttin beşinci, Bakı metrostansiyasının 28-ci stansiyasıdır”, - deyə o əlavə edib.

Rəis müavini həmçinin əlavə edib ki, metronun “8 Noyabr” və “B-04” stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib və dəmir yolu xətti çəkilib:

"Layihə üzrə stansiyada 19 ədəd eskalator və 5 ədəd liftin quraşdırılması nəzərdə tutulub. Ekskalatorlardan 12 ədədi artıq inşa edilib. “B-04” stansiyasının C.Məmmədquluzadə küçəsinə 4 ədəd çıxışı olacaq. Bunlardan 2 çıxış tam inşa edilib, 2 çıxışda bərpa-tikinti işləri davam etdirilir. Stansiyanın platformasının uzunluğu 144 metr təşkil edir. "Bənövşəyi" xəttin davamı olaraq 7 vaqon xətti hərəkətə buraxılacaq”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər