KİV: İran-ABŞ danışıqlarının üçüncü raundu bir gündən çox davam edə bilər
Məsləhətləşmələr ekspertlər səviyyəsinə keçdiyi üçün İran və ABŞ arasında Omanda danışıqların üçüncü raundu bir gündən çox çəkə bilər.
Operativ Media xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Məlumatda "danışıqların ilkin olaraq bir gün davam etməsi nəzərdə tutulsa da, lazım gələrsə, məsləhətləşmələr bir qədər də uzun çəkə bilər, çünki onlar “texniki və ekspert səviyyəsinə keçir və detallar da öyrənilir”,- deyə qeyd edilib.
Rəsmi qurumları İslam Respublikasının nüvə proqramı ətrafında yaranmış böhranın həlli prosesində vasitəçi kimi çıxış edən Omanın paytaxtında Vaşinqtonla Tehran arasında dolayı danışıqların üçüncü raundu keçirilir. Ekspertlərlə texniki məsləhətləşmələrə paralel olaraq şənbə gününə yüksək səviyyəli siyasi danışıqlar planlaşdırılır.