Menyu

“Red Wings” Moskva–Bakı-Moskva reyslərinə başlayır - FOTO

Operativ Media
“Red Wings” Moskva–Bakı-Moskva reyslərinə başlayır - FOTO

Rusiyanın “Red Wings” aviaşirkəti Moskva şəhərindən Bakıya birbaşa aviareyslərin həyata keçirilməsinə start verir.

Operativ Media xəbər verir ki, ilk reys iyunun 14-də Moskvanın Jukovski hava limanından yerli vaxtla saat 03:15-də yola düşəcək.

Bildirilib ki, Moskva–Bakı reysləri həftədə iki dəfə həyata keçiriləcək və uçuş müddəti 3 saat 20 dəqiqə təşkil edəcək.

Təyyarələr çərşənbə günləri saat 08:00-da, bazar günləri isə saat 03:15-də Moskvadan yola düşəcək.

Qeyd edək ki, Moskva–Bakı istiqaməti üzrə aviabiletlərin qiyməti 330 manatdan, Bakı–Moskva marşrutu üzrə isə 235 manatdan başlayır.


Əlaqəli Xəbərlər