Ana səhifə / Dünya / Ermənistanda seçkilərin yekun nəticələri sabah açıqlanacaq Ermənistanda seçkilərin yekun nəticələri sabah açıqlanacaq 13.06.2026, 18:03 Operativ Media Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəticələri 14 iyunda açıqlanacaq.Operativ Media xəbər verir ki, bu barədə “News Armenia” Ermənistan Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən məlumat yayıb.Məlumata görə, MSK-nın bununla bağlı iclası yerli vaxtla saat 18:00-da başlayacaq.Qurumun açıqlamasına əsasən, iclasda seçki nəticələrinin rəsmi təsdiqlənməsi və yekun hesabatın elan olunması nəzərdə tutulur.