Menyu

Oman sahilləri yaxınlığında tanker gəmisinə zərbə dəyib

Operativ Media
Oman sahilləri yaxınlığında tanker gəmisinə zərbə dəyib

Oman sahilləri yaxınlığında naməlum mərminin düşməsi nəticəsində tanker gəmisinin ön hissəsi zədələnib.

Operativ Media “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, bunu Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi bildirib.

Qeyd olunub ki, hadisə Oman sahillərindən şərqdə, 6 dəniz mili məsafədə baş verib.

Vurğulanıb ki, ekipajın vəziyyəti yaxşıdır. Hər hansı ekoloji fəsad barədə məlumat verilməyib.

Həmçinin qeyd olunub ki, tanker növbəti dayanacaq limanına doğru üzməkdə davam edib.

Əlaqəli Xəbərlər