ATƏT Azərbaycanda mina təmizləmə işlərinə töhfə verməyə hazırdır
Əsəd Abbaslı
ATƏT Azərbaycanda minaların təmizləməsinə töhfə verməyə hazırdır.
Operativ Media xəbər verir ki, bunu ATƏT-in baş katibi Feridun Sinirlioğlu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
Feridun Sinirlioğlu deyib ki, ATƏT-in minatəmizləmə sahəsində təcrübəsi var: "Hər iki tərəf istəsə, bunu edə bilərik. Azərbaycan və Ermənistan bizə müraciət edib xidmətlərimizi istəsə, kömək göstərməyə və dəstək göstərməyə hazırıq”.