Menyu

Azərbaycan ATƏT-in Minsk qrupunun ləğvini tələb edir

Əsəd Abbaslı
Azərbaycan ATƏT-in Minsk qrupunun ləğvini tələb edir

ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur. 

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.

O, ATƏT-in Minsk qrupu və onunla əlaqədar institutların ləğvi barədə Azərbaycanın tələbini qarşı tərəfin diqqətinə çatdırıb:

“ATƏT-in Minsk qrupu məhz Qarabağ münaqişəsinin nizamlanması üçün təsis olunmuşdu və artıq ərazimiz işğaldan azad edilib. Ona görə də Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur”.

C.Bayramov həmçinin ATƏT-in Baş katibini Ermənistan konstitusiyasında dəyişiklik edilməsinin vacibliyi barədə də məlumatlandırıb.

Əlaqəli Xəbərlər