Menyu

Şahbaz Şərif:"Lahor və Bakı arasında birbaşa uçuşlarının bərpasını alqışlayıram"

Şahbaz Şərif:"Lahor və Bakı arasında birbaşa uçuşlarının bərpasını alqışlayıram"

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Lahor və Bakı arasında birbaşa uçuşlarının bərpasını alqışladığını açıqlayıb.

Operativ Media xəbər verir ki, o bu barədə öz "X" hesabında paylaşım edib.

"İki illik fasilədən sonra PİA-nın Lahor və Bakı arasında birbaşa uçuşlarının bərpasını səmimiyyətlə alqışlayıram. Bu qardaş ölkələrimiz arasında turizm və regional əlaqələr üçün mühüm mərhələdir", - deyə paylaşımda qeyd olunub.

Baş nazir qeyd edib ki, sektorlar arasında əməkdaşlıq dərinləşdirdikcə, Pakistan və Azərbaycan arasında qardaşlıq əlaqələri daha böyük mərhələyə çatacaq.

Əlaqəli Xəbərlər