Starmer və Tramp Ukraynadakı vəziyyəti və husilərə qarşı əməliyyatları müzakirə ediblər
Əziz Əzizli
Böyük Britaniyanın baş naziri Key Starmer ABŞ prezidenti Donald Trampla Ukraynadakı vəziyyəti müzakirə edib.
Operativ Media xəbər verir ki, bu barədə iki liderin telefon danışığından sonra baş nazirlikdən verilən açıqlamada deyilir.
“Starmervə Tramp Ukrayna, İrandakı vəziyyət, həmçinin Yəməndə husilərə qarşı son vaxtlar görülən tədbirlər haqqında danışıblar”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, Tramp və Starmer Böyük Britaniya və ABŞ arasında yeni ticarət sazişi üzrə danışıqların gedişatını müzakirə ediblər. Qeyd edilir ki, Starmer azad və açıq ticarət prinsiplərinə sadiqliyini, həmçinin milli maraqların qorunmasının vacibliyini vurğulayıb.