Ermənistan və Sloveniya XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Nərmin Qocamanlı
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Sloveniya baş nazirinin müavini, xarici və Avropa işləri naziri Tanya Fajon arasında görüş keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Məlumata görə, tərəflər ikitərəfli münasibətlərlə bağlı məsələlər, o cümlədən regional və beynəlxalq mövzuları müzakirə ediblər.
Qeyd edək ki, Tanyo Fajonun sabah Azərbaycana səfər edəcəyi gözlənilir.
Bakıda keçiriləcək görüşlərdə enerji sektorunda əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.