Ana səhifə / Siyasət / Ermənistan və Fransa XİN rəhbərləri regional məsələləri müzakirə ediblər Ermənistan və Fransa XİN rəhbərləri regional məsələləri müzakirə ediblər 15.04.2025, 17:42 Əsəd Abbaslı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro arasında telefon danışığı olub. Operativ Media xəbər verir ki, bu barədə Mirzoyan öz "X" sosial şəbəkə hesabında paylaşım edib. Telefon danışığı zamanı regional məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasındakı sülh prosesi müzakirə olunub.