Menyu

İran və ABŞ arasında gələn həftə danışıqların yeni raundu keçiriləcək

Nərmin Qocamanlı
İran və ABŞ arasında gələn həftə danışıqların yeni raundu keçiriləcək

İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff gələn həftə İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin nizamlanması üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Operativ Media xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

"Tərəflər gələn həftə danışıqları davam etdirmək barədə razılığa gəliblər. ABŞ və İran arasında danışıqların ikinci raundu aprelin 19-da Omanda keçiriləcək, - məlumatda deyilir.

Əlaqəli Xəbərlər